Məqsədimiz mümkun olduğu qədər cərrəhi əməliyyatlardan uzaq dayanmakdır. Onurğa narahatlıqları üçün qayri-cərrahi müalicələr fizioterapiya, tibbi müalicə və onurğa inyeksiyalarını əhatə etməkdədir. Bu metodlar ən başta yırtıq, disk degenerasiyası, onurğa kanal daralması və yerindən oynama kimi narahatlıklarda istifadə edilir.
Cərrahi müdaxilə lazım olduğunda neyrocərrahlarımız beyin, onurğa, onurğa iliyi və periferik sinir xəstəliklərinin müalicəsində ən müasir və mini-invaziv poseduraları tərcih edirlər. Bunların arasında spinal dekompresyonlar, anterəor servikal diskektomiya və fizyonlar, bel üçün isə mikrodiskektomiya ve fizyon daxil edilmiş mini-invaziv mikrocərrahiyə metodları yer alır. 2cm-dən kiçik kəsikləri olan xəstələrin çoxunda cərrahiyə əməliyyatları sonrasında böyük miqyasda düzəlmələr qörünür.
Eyni zamanda beyin xəstəliklərində mümkün olduqca konservativ şəkildə müalicə edirik. Beyin şişləri və damar anomaliyaları ilə əlaqəli çoxu beyin xəstəlikləri cərrahi ehtiyaç olmadan vaxtaşırı nəzarət altında tutula bilir və tutulmalıdır.
Qeyri-Cərrahi Müalicə Metodları:
Mini-İnvaziv Cərrahiyə
Minimal invazivlik müasir neyrocərrahiyyə anlayışıdır və əsas məqsədi təsvir edir: ən etibarlı və yumşaq şəkildə ən yaxşı cərrahi nəticəyə nail olmaq. Termin bir sıra müalicə strategiyalarını əhatə edir. Əsas məqsəd hər bir xəstəliyə və beləliklə də hər bir xəstəyə fərdi yanaşmaqdır.
Minimal invaziv cərrahiyyə üçün ilkin şərt planlaşdırma və həyata keçirmək üçün ən müasir üsullardan istifadə etməkdir. Müasir radioloji diaqnostika ilə kəllə sümüyünün daxili hissəsindəki xırda detallar belə ətraflı şəkildə araşdırıla bilər. Əməliyyatdan əvvəl də cərrah beynin dərinliklərinə “baxır” və bununla da cərrahi əməliyyatı optimal şəkildə planlaşdıra bilir. Bu planlaşdırma cərrahi stressi minimuma endirmək və mümkün olan ən yaxşı cərrahi nəticələrə nail olmaq üçün vacibdir.
Endoskoplar cərrahiyyə sahəsini görmək və işıqlandırmaq üçün istifadə edilən xüsusi optik sistemlərdir. Bir çox hallarda əməliyyatlar sırf endoskopik üsulla həyata keçirilə bilər.
Bu üsullar əsasən hər hansı bir neyrocərrahi xəstəliyin müalicəsində istifadə edilə bilər. Hər hansı bir sualınız olarsa, İnca Klinikdə telefonla bizimlə əlaqə saxlaya bilərsiniz.
24 saat ərzində sizə təsdiq göndərəcəyik. Təcili? +90 531 885 3355
İstanbul Neyrocərrahiyyə və Ağrı Klinikamızda sizə sağlamlıq xidmətləri göstərmək və həyat keyfiyyətinizi yaxşılaşdırmaqdan qürur duyuruq. Nevroloji sistemlə bağlı hər hansı sualınız üçün whatsapp vasitəsi ilə və ya aşağıdakı formanı dolduraraq istənilən vaxt bizimlə əlaqə saxlaya bilərsiniz.
Dikilitaş Mahallesi, Hakkı Yeten Cd. Selenium Plaza, 10/C Blok Kat:13 Şişli İSTANBUL